Kiyevə kütləvi raket hücumu: 12 ölü, onlarca yaralı var-VİDEO
Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi ballistik raket zərbələri ciddi tələfata səbəb olub.
hadiseler.info xəbər verir ki, Kiyev meri Vitali Kliçko gecə saatlarında baş verən hücum nəticəsində azı 12 nəfərin həlak olduğunu, 33 nəfərin isə yaralandığını bildirib.
15 dəqiqə ərzində şəhərə 20-yə yaxın ballistik raket atılıb. Zərbələr nəticəsində yaşayış binaları, tibb müəssisəsi, təhsil ocağı və anbarlar zədələnib. Faciə ilə əlaqədar Kiyevdə matəm elan edilib.
No Comment! Be the first one.