Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Tural Həqiqət oğlu Əliyev qanunsuz olaraq döyüş bölgəsinə göndərildiyini bildirərək videomüraciət yayıb.
hadiseler.info xəbər verir ki, Modern.az saytının məlumatına görə, 1994-cü il təvəllüdlü T.Əliyev 2023-cü ildə Rusiya Ordusunda müqaviləli hərbi xidmətə başlayıb. O, hərbi xidmətdən rəsmi azad olunmasına və məhkəmənin cinayət işini dayandırmasına baxmayaraq, iradəsinə zidd şəkildə “Ştorm V” həmlə qrupuna göndərildiyini iddia edib.
Azərbaycan vətəndaşı bildirib ki, sənədləri saxtalaşdırılıb, pasportunun müddəti bitib və hərbi bileti olmadığı halda qanunsuz olaraq istintaq təcridxanasında saxlanılıb. Komandanlıq tərəfindən hədələndiyini söyləyən T.Əliyev aidiyyəti qurumlardan kömək istəyərək hüquqları uğrunda sonadək mübarizə aparacağını vurğulayıb.
No Comment! Be the first one.