Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dron hücumu-VİDEO
Qara dənizdə Azərbaycan dənizçilərinin də heyətində yer aldığı yük gəmisi dron hücumuna məruz qalıb.
hadiseler.info xəbər verir ki, “Primavera Marine” şirkətinə məxsus və Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” yük gəmisi hücuma məruz qalıb. Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov bildirib.
İ.Nəsirovun sözlərinə görə, xoşagəlməz hadisə zamanı xəsarət alan olmayıb və 11 nəfərlik ekipajın (10 nəfəri Azərbaycan, 1 nəfəri Gürcüstan vətəndaşı) təhlükəsizliyi təmin edilib. Hücuma baxmayaraq, yük gəmisi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir.
No Comment! Be the first one.