Zaxarovadan Ankara və Vaşinqtona xəbərdarlıq: “Məsələyə aydınlıq gətirilməlidir”
Rusiya Federasiyası ABŞ silahlarının Türkiyə vasitəsilə Ukraynaya ötürülməsi ehtimalı ilə bağlı rəsmi izahat gözləyir.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bəyan edib.
M.Zaxarova bildirib ki, Moskva məsələ ilə bağlı həm Vaşinqton, həm də Ankaraya müraciət edib və cavabın tezliklə veriləcəyinə ümid edir. Onun sözlərinə görə, bu kimi addımlar Ukrayna münaqişəsinin nizamlanması prosesinə doğrudan təsir göstərir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Konqresə Türkiyənin Ukraynaya 255,9 milyon dollar dəyərində köhnəlmiş Amerika silahlarını, o cümlədən raket sistemləri və mərmiləri təhvil verə biləcəyi barədə məlumat təqdim etmişdi.
No Comment! Be the first one.