Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi
Gürcüstanın Bolnisi Rayon Məhkəməsi Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində məhkəmə hökmünü elan edib.
hadiseler.info xəbər verir ki, qrup halında zorakılıq faktı üzrə keçirilən prosesdə Kənan İsmayılov 7 ay müddətinə azadlıqdan məhrum olunub. Hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə çıxarılan qərara əsasən, həbs müddəti təqsirləndirilən şəxsin saxlanıldığı aprelin 6-dan hesablanacaq.
Prokurorluğun məlumatına görə, hadisə biznes fəaliyyəti zəminində yaranan mübahisə nəticəsində baş verib. K.İsmayılov və yanındakı şəxslərin zərərçəkənə xəsarət yetirdiyi bildirilir. İş üzrə təqsirləndirilən digər 3 nəfərə isə 2 il şərti cəza verilib.
No Comment! Be the first one.