Növbəti köç: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salındı-FOTOLAR
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi uğurla davam etdirilir.
hadiseler.info xəbər verir ki, növbəti mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalının Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə, eləcə də Ağdərənin Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə ailələrin köçürülməsi həyata keçirilib.
Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı azad edən ordumuza təşəkkür edib və şəhidlərimizin ruhunu ehtiramla yad ediblər. Qeyd edək ki, köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış soydaşlarımızdır.












No Comment! Be the first one.