Türkiyə Netanyahunun İnterpol vasitəsilə axtarışa verilməsi üçün müraciət etdi
Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “qırmızı bülleten” çıxarılması məqsədilə İnterpola rəsmi müraciət ünvanlayıb.
hadiseler.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bəyan edib. Nazir Netanyahunun beynəlxalq axtarışa verilməsi və həbs olunması üçün zəruri prosedurlara start verildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” çərçivəsində Netanyahuya bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə və digər ağır ittihamlar üzrə beynəlxalq axtarış qərarı çıxarmışdı. Həmçinin 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi də İsrail baş nazirinin həbs olunması barədə qərar qəbul edib.
No Comment! Be the first one.