Daşqınlardan sonra Nyu-York küçələri – Video
Nyu-Yorkda aramsız yağam güclü yağışlar şəhərdə ciddi daşqınlara yol açıb.
hadiseler.info “ABC News”a istinadən xəbər verir ki, küçələrin su altında qalması səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Suların “Penn Station” vağzalına dolması və platformalara axması metro xətlərinin fəaliyyətində ləngimələrə səbəb olub.
Daşqınlar üzündən Bruklindəki əsas magistral yollardan biri nəqliyyatın gediş-gəlişi üçün bağlanıb. Sinoptiklər Nyu-York və qonşu Nyu-Cersi ştatlarında yeni daşqın riskinin davam etdiyi barədə xəbərdarlıq edirlər.
No Comment! Be the first one.