Goranboyda 3 maşın toqquşdu: Ölənlər var
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza Qızılhacılı yolunda qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 2107”, “Mercedes” və daha bir minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində vəfat edib. Qəza zamanı xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.