Pezeşkian: “ABŞ-nin İranı çökdürmək planı boşa çıxdı”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətini və İrana qarşı tətbiq edilən sanksiyaları sərt tənqid edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Vaşinqtonun İranı Venesuela kimi tez bir zamanda süquta uğratmaq planının puç olduğunu bildirib.
“Düşmən İranın Venesuela kimi süqut edəcəyini zənn edirdi. Lakin bu baş vermədi. Əksinə, İran möhkəmliyi, birliyi və həmrəyliyi ilə bütün dünyanı təəccübləndirən bir qüvvəyə çevrildi”, — deyə M.Pezeşkian vurğulayıb.
Ölkə rəhbəri əlavə edib ki, İran xalqı ən ağır sanksiyalara və iqtisadi təzyiqlərə baxmayaraq müqavimət göstərməyə davam edəcək.
No Comment! Be the first one.