Mirziyoyev: Azərbaycanın ərazi bütövlüyü İlham Əliyevin siyasəti ilə bərpa edildi
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
Özbəkistan dövlət başçısı Qarabağdakı bərpa-quruculuq işlərinə və iki ölkə arasındakı dərin mənəvi bağlara diqqət çəkib:
“Məhz bu siyasət nəticəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. Mən öz gözlərimlə Qarabağda görülən işləri gördüm və buna sevindim. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir”
Şavkat Mirziyoyev iki ölkə arasındakı sarsılmaz dostluq münasibətlərini də xüsusi vurğulayıb:
“Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətimizdir. Münasibətlərimizin əsasında vahid sivilizasiya kodu dayanır. Ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr var. Məhz bu dərin bağ münasibətlərimizi monolit və xarici konyunkturaya qarşı toxunulmaz edir”
No Comment! Be the first one.