Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Tofiq Bakıxanov 95 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə bəstəkarın ailəsindən məlumat verilib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakı şəhərində, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində alan sənətkar sonradan Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Bəstəkarın “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” kimi simfonik muğamları, baletləri və müxtəlif janrlı instrumental əsərləri milli musiqi xəzinəmizin parlaq nümunələrinə çevrilib.
Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.
No Comment! Be the first one.