İran “Məkkə sazişi”nə qoşulmağa dəvət edilib
İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair imzalanan “Məkkə sazişi”nə qoşulmaq üçün dəvət alıb.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rahimi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran rəhbərliyi hazırda bu təklifi nəzərdən keçirir. Bununla belə, informasiya hələlik İran Xarici İşlər Nazirliyi və sazişə tərəf olan ölkələr tərəfindən rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə sazişi” avqustun 7-də imzalanıb. Sənədə əsasən, iştirakçı ölkələrdən birinə edilən hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın da dəstəklədiyi bu sazişə Misirin qoşulmasına Səudiyyə Ərəbistanı tərəfindən razılıq verilməyib.
No Comment! Be the first one.