Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır
Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlər üzrə artan əməkdaşlıq dinamikası müşahidə olunur.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətləri siyasi, iqtisadi və ticarət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
No Comment! Be the first one.