Leyla Əliyeva Buxara Biennalesinin sərgisini ziyarət etdi-FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 24-də Buxarada sərgi ilə tanış olub.
hadiseler.info xəbər verir ki, Leyla Əliyeva ilk Buxara Müasir İncəsənət Biennalesində nümayış olunan əsərlərin bir hissəsinin yer aldığı ekspozisiyaya baxıb.
Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən təşkil olunan və ilk dəfə 2025-ci ildə keçirilərək Mərkəzi Asiyanın ən böyük mədəniyyət hadisələrindən birinə çevrilən biennalenin bu sərgisində yerli və xarici müəlliflərin 70-ə yaxın əsəri nümayiş etdirilir.
Qeyd edək ki, növbəti — ikinci Buxara Müasir İncəsənət Biennalesinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur.



No Comment! Be the first one.