Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 500-ü keçdi
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 6 509 nəfərə çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges rəsmi məlumat verib.
Rəsmi açıqlamaya əsasən, fəlakət zonasından 6 462 nəfər xilas edilib, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilənlərin sayı isə təxminən 226 700 nəfərə çatıb.
Xatırladaq ki, dağıdıcı zəlzələ Venesuelada qeydə alınıb. Təxminən 40 saniyə ara ilə 7.2 və 7.5 bal gücündə iki güclü təkan baş verib. Episentri Yaracuy ştatında yerləşən əsas zəlzələdən sonra 1 350-dən çox afterşok qeydə alınıb.
No Comment! Be the first one.