Bakı metrosu “Sabah”ın oyununa görə iş rejimini dəyişir
“Sabah” futbol klubunun keçirəcəyi matçla əlaqədar Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.
hadiseler.info xəbər verir ki, matçın penaltilər seriyasına qədər uzanacağı təqdirdə metropolitenin fəaliyyət saatı artırılacaq. Bu halda stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişin sıxlığının qarşısını almaq məqsədilə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq və köməkçi işçi qüvvəsi cəlb ediləcək.
Bundan başqa, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da əlavə təhlükəsizlik və nəzarət tədbirləri görüləcək. Gün ərzində qatarların hərəkəti isə mövcud qrafik üzrə davam edəcək.
No Comment! Be the first one.