Rayonlarda güclü külək və leysan – Son hava məlumatı
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında axşam və gecə saatlarında hava şəraiti dəyişib, leysan yağış yağıb və külək güclənib.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatına əsasən, ölkənin əksər rayonlarında hava yağmursuz keçsə də, bəzi ərazilərdə şimşək çaxıb və yağış qeydə alınıb.
Yağıntının miqdarı: Sarıbaş (Qax) və Gədəbəydə 2 mm, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir və Şərurda 1 mm-dək yağış yağıb.
Küləyin sürəti: Şimal-qərb küləyi Culfada 22 m/s, Goranboyda 19 m/s, Bakıda, Abşeron yarımadasında və Naftalanda 18 m/s, Tərtərdə isə 16 m/s-dək güclənib.
Dumanlı ərazilər: Qusar, Göygöl, Xankəndi, Şahbuz və Lerikdə duman müşahidə olunub.
Temperatur: Havanın maksimal temperaturu Bakıda və Abşeronda 31°, Naxçıvan MR və Aran rayonlarında 39°, dağlıq ərazilərdə isə 28° istiyədək yüksəlib.
No Comment! Be the first one.