Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb  

Avqust 29, 2026
38 Views

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.  

hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, dövlət başçısı Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Şavkat Mirziyoyevi və qardaş Özbəkistan xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.  

Məktubda deyilir:

“Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə sizi və sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.  

Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə və regionda yüksək nüfuz və hörmət qazanmışdır. Sizin müdrik rəhbərliyiniz və strateji baxışınız sayəsində ölkənizdə bütün sahələrdə genişmiqyaslı islahatlar və quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilmiş, iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin sosial rifahı təmin edilmişdir.  

Özbəkistanın qarşıya qoyduğu məqsəd və hədəflərə çatmasında, qazandığı bütün nailiyyətlərin təməlində sizin yorulmaz əməyiniz və qətiyyətlə apardığınız dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qardaş ölkə və müttəfiq olaraq Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edir, bundan qürur duyuruq. Hər dəfə bənzərsiz və qonaqpərvər ölkənizə səfər edərkən Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərin əyani şəkildə şahidi oluram. Bu yaxınlarda qardaş ölkəyə həyata keçirdiyim dövlət səfərini və sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.  

Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb. Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir.  

Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik.  

Hörmətli Şavkat Miromonoviç,

Bu tarixi gündə sizin və qardaş Özbəkistan xalqının sevincinə qoşulur, sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Özbəkistan Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram”.  

Tags:

Azərbaycanhadiseler.infoİlhamƏliyevMüstəqillikGünüÖzbəkistanŞavkatMirziyoyevSiyasətTəbrik

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Tovuzda külli miqdarda qanunsuz dərman preparatları aşkarlandı

Next

Antalyada güclü meşə yanğını: Havadan və qurudan müdaxilə edilir – VİDEO

Next
Avqust 29, 2026

Antalyada güclü meşə yanğını: Havadan və qurudan müdaxilə edilir – VİDEO

Previous
Avqust 29, 2026

Tovuzda külli miqdarda qanunsuz dərman preparatları aşkarlandı

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – Fotolar
Ayla
Noyabr 8, 2026
Siyasət
Rəsmilər Zəfər Parkını ziyarət edir
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya