Antalyada güclü meşə yanğını: Havadan və qurudan müdaxilə edilir – VİDEO
Türkiyənin Antalya bölgəsinin Kaş rayonunda meşəlik ərazidə hələlik məlum olmayan səbəbdən güclü yanğın başlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Demirören” agentliyi məlumat yayıb.
Məlumata görə, əraziyə cəlb edilən qruplar tərəfindən yanğının söndürülməsi üçün havadan və qurudan operativ müdaxilə işləri davam etdirilir. Alovun genişlənməsinin qarşısını almaq və yanğını nəzarət altına almaq məqsədilə əraziyə 6 helikopter, 4 təyyarə, 10 yanğınsöndürmə maşını, 4 su təchizatı avtomobili, eləcə də 80 nəfərlik texniki personal və yanğınsöndürən cəlb olunub.
No Comment! Be the first one.