Sentyabrın ilk günü haqqında xəbərdarlıq: Leysan yağacaq, sel gələcək
Azərbaycanda avqustun 30-u axşam saatlarından başlayaraq sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Avqustun 31-i axşam saatlarında yağışın bəzi yerlərdə intensiv və qısamüddətli güclü olacağı gözlənilir.
Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, ayrı-ayrı bölgələrdə intensiv leysan yağacağı, dolu düşəcəyi bildirilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
No Comment! Be the first one.