Xocalının Ballıca kəndində toy sədaları
Xocalı rayonunun Ballıca kəndində uzun fasilədən sonra ilk toy mərasimi keçirilib.
hadiseler.info xəbər verir ki, kənddə Hüseynovlar ailəsinin övladları Əmrah və Arzu ailə həyatı qurublar. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkə hesabında paylaşım edib.
Gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların yeni həyata məhz doğma yurdda — Xocalının Ballıca kəndində qədəm qoymalarıdır. Vaxtilə məcburi tərk edilən bu torpaqlarda həyatın bərpası, yeni ailələrin qurulması doğma yurduna qayıdan insanların gələcəyə inamının bariz nümunəsidir.
No Comment! Be the first one.