FHN-dən əhaliyə XƏBƏRDARLIQ
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 30-u axşamdan sentyabrın 1-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, dağ çaylarından sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarını xatırladaraq bildirib ki, sel riski olan ərazilərdən uzaq durmaq, təhlükə zamanı dərhal hündür yerlərə qalxmaq tövsiyə olunur. Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq vacibdir. Güclü küləkli havada dənizə girmək və kiçikhəcmli gəmilərlə dənizə çıxmaq qadağandır.
İldırım çaxarkən isə elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada metal əşyalara və ağaclara yaxınlaşmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb gözləmək tapşırılır. FHN xatırladır ki, təhlükə anında dərhal 112 qaynar xəttinə zəng etmək lazımdır.
No Comment! Be the first one.