Füzulidə avtomobil ağaca çırpıldı: Sürücü həlak oldu
Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.
Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və ağaclara çırpılıb. Qəzanın şiddətindən sürücü S.Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.