Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində azarkeşlərin artan tələbatı nəzərə alınaraq yeni tribuna istifadəyə verilib.
hadiseler.info xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal mövqeyi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı yaradacaq. Yeni tribunanın quraşdırılması ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tutumu 21 mini ötüb.
Qeyd olunub ki, son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və ümumi tutum 6 mindən çox artırılıb. Xatırladaq ki, 2025-ci ilin yarış həftəsonunda 90 mindən çox iştirak qeydə alınıb. Builki Azərbaycan Qran-prisi isə sentyabrın 24-26-da keçiriləcək.
No Comment! Be the first one.