İlham Əliyev Yinq Yonqunu qəbul etdi -FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
hadiseler.info xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.
Görüşdə çıxış edən Prezident İlham Əliyev Çinlə strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, iki ölkə arasında qarşılıqlı dəstək, suverenliyə hörmət və daxili işlərə qarışmama prinsiplərinin əsas götürüldüyünü vurğulayıb. Dövlət başçısı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bağlantı və nəqliyyat sahələrində, eləcə də hüquq-mühafizə orqanları arasında əməkdaşlığın böyük potensiala malik olduğunu, viza tələbinin ləğvinin isə dostluğun mühüm göstəricisi olduğunu qeyd edib.
Öz növbəsində Yinq Yonq Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Bakıda keçirdiyi məhsuldar görüşləri vurğulayaraq, iki ölkənin prokurorluq və məhkəmə sistemləri arasında əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.







No Comment! Be the first one.