Keçmiş baş prokuror sədr təyin edildi
Qırğızıstan Prezidenti Sadır Japarov keçmiş baş prokuror Maksat Asanaliyevin Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) sədri təyin edilməsi ilə bağlı fərman imzalayıb.
hadiseler.info xəbər verir ki, təyinatdan bir gün əvvəl Qırğızıstan parlamenti Asanaliyevin bu vəzifəyə gətirilməsinə yekdilliklə razılıq verib.
Qeyd edək ki, bundan əvvəl baş prokuror vəzifəsində çalışan Maksat Asanaliyev iyunun 30-dan etibarən DMTK sədrinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
No Comment! Be the first one.