35 il əvvəl bu gün: Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildi
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
hadiseler.info xəbər verir ki, Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında deputatlar və bina qarşısına toplaşan minlərlə insan Heydər Əliyevin Sədr seçilməsini tələb edib. Əvvəlcə vəzifə tutmaq istəmədiyini bildirən Heydər Əliyev, deputatların təkidi ilə namizədliyinin səsverməyə çıxarılmasına razılıq verib və Sədr seçilib.
Onun rəhbərliyi ilə 1990-cı ilin noyabrında Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılıb, üçrəngli Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul edilib. Heydər Əliyev bu vəzifədə 1993-cü ilə qədər fəaliyyət göstərib.
No Comment! Be the first one.