Nepalda möcüzəvi xilasetmə: 9 gün tuneldə qalan iki işçi sağ çıxarıldı – VİDEO
Nepalda davam edən təbii fəlakət fonunda daha bir möcüzəvi xilasetmə hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, “CBS News”un məlumatına görə, xilasedicilər güclü daşqınlardan 9 gün sonra “Trişuli-3A” hidroelektrik stansiyasının tunelində köməksiz vəziyyətdə qalan iki işçini sağ çıxarmağı bacarıblar.
Xilas edilənlərin briqadir və iş rəhbəri olduğu bildirilir. Səhər saatlarında tunelin dərinliklərindən gələn səsləri eşidən xilasedicilər dərhal əməliyyata başlayıblar. Yayılmış görüntülərdə palçıq içində olan kişilərdən birinin xilas edildiyi əks olunub. Vəziyyətləri stabil qiymətləndirilən hər iki şəxs Katmandudakı xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları təxminən 115 nəfərin qaldığı ehtimal edilən tuneldə başqa sağ insanların da ola biləcəyini istisna etmir.
Qeyd edək ki, avqustun 26-da zəlzələ səbəbindən buzlağın çökməsi nəticəsində Nepal və Çinin sərhədyanı bölgələrində baş verən dəhşətli daşqınlarda azı 1259 nəfər həlak olub, 5000-dən çox şəxs isə itkin düşüb.
No Comment! Be the first one.