Ağdamda traktor minaya düşdü: Xəsarət alan var – YENİLƏNİB
Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2026-cı il sentyabrın 5-də Ağcabədi rayonu Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyev minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktorla minaya düşüb. Partlayış nəticəsində Elmdar Sarıyev xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araştırma aparılır.
Aydınlaşdırılan təhlükəsizlik qaydaları ilə bağlı ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara bir daha xəbərdarlıq edərək mina təhlükəsi işarələrinə diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı və bələd olmadıqları, çəpərlənmiş ərazilərə daxil olmamağı tövsiyə edib.
No Comment! Be the first one.