Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub-FOTOLAR
hadiseler.info xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Ziyarət zamanı dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin taktik-texniki xüsusiyyətləri barədə məlumat verilib. İstehsalat sahəsində görülən işlərlə tanışlıqdan sonra sözügedən insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.
Sonda Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə təşkil olunub.












No Comment! Be the first one.