Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25 dərəcəyədək olacaq
Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində gözlənilən dəniz suyu və hava şəraiti barədə məlumat yayıb.
hadiseler.info xəbər verir ki, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək.
No Comment! Be the first one.