Ceyranbatanda 10 şagird zəhərləndi: Məktəbdən və TƏBİB-dən açıqlama
Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
Hadiseler.info-nun sorğusuna cavab olaraq Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən açıqlama verilib.
Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib:
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğuya cavab olaraq qeyd olunub ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, 8 nəfərə yerində yardım olunub”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, sözügedən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.
İlkin məlumata görə, 10 şagirdin popkorndan zəhərləndiyi iddia olunur. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub.
No Comment! Be the first one.