ABŞ-də hərbi ehtiyaclar üçün itlər klonlaşdırılacaq
ABŞ-də ordunun, polisin və xilasedicilərin ehtiyacları üçün xidməti itlərin genetik modifikasiyası və klonlaşdırılması həyata keçiriləcək.
hadiseler.info xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“Warhound” adlandırılan innovativ layihənin reallaşdırılmasında hərbi texnologiyalar üzrə məşhur “Anduril” şirkətinin həmtəsisçisi Palmer Laki və tanınmış sahibkar Ben Lamm iştirak edirlər. Ümumi dəyəri təxminən 1.2 milyard dollar qiymətləndirilən layihə genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin yetişdirilməsini və onların qabaqcıl hərbi texnologiyalarla təchiz edilməsini nəzərdə tutur.
Layihənin mahiyyəti barədə danışan sahibkar Ben Lamm bildirib:
“Bizim ideyamız belədir: ən yaxşı itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaq. Klonlaşdırmadan əlavə, onların yaşama müddətini və iş qabiliyyətini yaxşılaşdırmaq üçün genlərini modifikasiya etmək mümkündürmü? Bu, həm it üçün, həm də yanğınsöndürənlər, polislər və ya hərbçilər üçün daha faydalıdır.”
Məlumata görə, avtonom dronlar, sualtı aparatlar və digər müdafiə texnologiyaları istehsal edən “Anduril” şirkəti bu xüsusi itlər üçün xüsusi zirehli jiletlər və digər qoruyucu avadanlıqlar hazırlayacaq.
No Comment! Be the first one.