ABŞ İran Prezidentinin media heyətinə viza verməkdən imtina edib
ABŞ hakimiyyəti İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasını işıqlandırmalı olan media qrupunun üzvlərinə viza verməyib.
hadiseler.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyanat verib.
İran XİN sözçüsü Vaşinqtonun bu addımını söz azadlığı hüququnun pozulması və həqiqətləri gizlətmək cəhdi kimi qiymətləndirib:
“Administrasiya qapıları, hətta bəyənmədiyi amerikalı jurnalistlərin üzünə bağladıqda və xarici müxbirlərin, o cümlədən səsini boğmağa üstünlük verdiyi İran prezidentinin media qrupunun girişini məhdudlaşdırdıqda, bu, sadəcə girişə nəzarət etmək deyil. Onlar həqiqəti gizlətməyə və informasiya əldə etmək hüququnu pozaraq dezinformasiya kampaniyalarını davam etdirməyə çalışırlar”, – Bəqai vurğulayıb.
No Comment! Be the first one.