Nazirlər Kabineti şagirdlərin geyim forması standartları ilə bağlı qərar qəbul edib
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının standartları ilə bağlı dəyişiklikləri təsdiqləyib.
hadiseler.info xəbər verir ki, Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında müvafiq Qərar imzalayıb.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini bozaraq ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə verilir.
Yeni qaydalara əsasən, valideynlər övladlarının geyim forması tələblərinə riayət etməsini təmin etməlidirlər. Şagirdlərin bu tələblərə riayət etməsi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll olunacaq. Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəblərin rəsmi internet səhifələrində və ya məlumat lövhələrində yerləşdirilməlidir.
No Comment! Be the first one.