ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi oktyabrın 12-də qeyri-iş günüdür.
hadiseler.info xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi feysbuk səhifəsində məlumat yerləşdirilib.
Açıqlamada bildirilir ki, səfirlik Kolumb Günü münasibətilə fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə kəşf yürüşü çərçivəsində çatmasının ildönümü münasibətilə rəsmi olaraq qeyd edilir
No Comment! Be the first one.