ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir.
hadiseler.info xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə və digər mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 3 gün davam edə biləcək əməliyyat çərçivəsində İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları (PUA) arsenalının hədəfə alınması nəzərdən keçirilir.
Əməliyyat planının təfərrüatları:
Neft obyektləri hədəf deyil: Neft emalı zavodlarının vurulması planlaşdırılmır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın qlobal enerji qiymətlərinin artmasının qarşısını almaq istəyidir.
Yeraltı kompleks zərbə altında: ABŞ və İsrail hərbçilərinin İranda yerin dərinliyində yerləşən yeraltı kompleksin olduğu bildirilən Kuh-e Kolang dağına zərbə endirmək ssenarisini araşdırdığı qeyd olunur.
Hərbi təlimlər: Məlumata görə, ABŞ və İsrail hərbi qüvvələri son günlər mümkün yeni əməliyyatlara hazırlıq çərçivəsində birgə təlimləri intensivləşdirib.
No Comment! Be the first one.