Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) azərbaycanlı çobanın Tavuş vilayəti istiqamətində sərhədi keçməsi barədə yayılan məlumatları rəsmən təsdiqləyib.
hadiseler.info xəbər verir ki, Ermənistan MTX-nin yaydığı açıqlamada həmin şəxsin kimliyi də bəlli olub.
Məlumata görə, 1968-ci il təvəllüdlü Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayəti ərazisində aşkar edilib. Aparılan yoxlamalar nəticəsində onun otarılma zamanı yolu azaraq qarşı tərəfin ərazisinə keçdiyi müəyyən olunub.
Bildirilib ki, həmyerlimizin qısa zamanda Azərbaycana geri qaytarılması istiqamətində müvafiq işlər aparılır.
No Comment! Be the first one.