ABŞ-yə giriş qaydaları dəyişir: Pasportlarda sərhəd möhürləri ləğv olunur
Amerika Birləşmiş Ştatları ölkə ərazisinə giriş şərtlərində mühüm yenilik tətbiq etməyə başlayıb.
hadiseler.info xəbər verir ki, ABŞ hökuməti pasportlarda istifadə olunan sərhəd ştamplarının mərhələli şəkildə ləğvinə start verib. Yeni qayda viza ilə Birləşmiş Ştatlara səfər edən bütün əcnəbi vətəndaşlara şamil olunacaq.
Sərhəd keçidi zamanı diqqət yetirilməli əsas məqamlar:
Elektron I-94 Forması: Pasportda möhürün olmaması ölkəyə girişin qeydə alınmaması anlamına gəlmir. Şəxsin ölkəyə daxil olduğu vaxt və qanuni qalma müddətinin bitdiyi tarix rəqəmsal “I-94” elektron sistemində əks olunur.
Tarixlərin Fərqi: Səyahətçilər Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin saytında “Get Most Recent I-94/I-95” bölməsinə daxil olaraq “admit until date” (son buraxılış tarixi) qrafasını yoxlamalıdırlar. Qanuni qalma müddəti vizanın bitmə tarixi ilə deyil, məhz I-94 sistemində göstərilən tarixlə müəyyən edilir.
İstisna Hallar: Ənənəvi möhürlərdən tam imtina edilməyib; immiqrasiya vizası ilə səyahət edənlər üçün, əlavə yoxlamalarda və ya sərnişinin fərdi müraciəti əsasında pasporta giriş ştampı vurula bilər.
No Comment! Be the first one.