Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Avqustun 10-da Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti bəlli olub.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.
Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi proqnozlaşdırılır:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27 dərəcə isti;
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti.
Çimərliyə gedənlərin nəzərinə
Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar dənizdə dalğalanma ehtimalı olduğundan çimərlikdə istirahət edən şəxslərə təhlükəsizlik qaydalarına diqqətlə riayət etmələri tövsiyə olunur.
No Comment! Be the first one.