Abşeronun Hökməli qəsəbəsində tövlə yandı – VİDEO
Abşeron rayonunun Hökməli qəsəbəsində tövlədə yanğın baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilmədən yanğın söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 80 kv.m olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
No Comment! Be the first one.