“ADEX 2026”da yerli istehsal olan “BARS” kamikadze dronu təqdim edildi – VİDEO
Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan istehsalı olan “BARS” yüksək sürətli kamikadze dronu ilk dəfə ictimaiyyətə nümayiş olunub.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, yerli mütəxəssislər tərəfindən hazırlanan “BARS” xüsusi təyinatı ilə diqqət çəkir. Belə ki, bu yeni nəsil kamikadze dronu havada birbaşa digər dronların zərərsizləşdirilməsinə və vurulmasına xidmət edir.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində açılışı olan “ADEX 2026” və paralel keçirilən “Securex Caspian” sərgilərində ümumilikdə 53 ölkə təmsil olunur, 30 ölkədən 280-dən çox şirkət və təşkilat iştirak edir. Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması sayılan sərgi oktyabrın 2-dək davam edəcək.
No Comment! Be the first one.