Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Cəmiyyət

ADMİU-dan qovulan tələbədən AÇIQLAMA

Sentyabr 17, 2026
69 Views

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir.

hadiseler.info xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşdığı video müraciətdə danışıb.

Kənan Zindadil iddia edib ki, universitetə yeni qəbul olduğu zaman geyim tərzinə və sırğa taxmasına görə bullinq və təzyiqlərə məruz qalıb:

“Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr ixtisasında ikinci kurs tələbəsi idim. Keçən il sentyabrın 15-də ora daxil olduğum zaman müxtəlif bullinqlər, müxtəlif təzyiqlərlə üzləşmişdim və buna görə hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkib onlardan şikayətçi olmamışdım. Dünən Elmi Şurada da dedim ki, mən həmin sözləri o məqsədlə deməmişəm. Orada mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən kiməsə durub canlı yayımda təhdid edərəm?

Hətta polis orqanına da dəvət olunanda cərimələndim. Dedim, özləri baxdılar, sentyabr-oktyabr aylarında İncəsənət Universitetində belə bir hadisə olub. Mən bullinqə, təhqirə, təzyiqə, sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam. Daha sonra hüquq-mühafizə orqanları ora gəlib. Bunların hamısı orada yazılıb.

Amma bu il, yəni orada oxuyan uşaqlar, tələbələrin çoxu, birinci kurslardan olan uşaqlar deyir ki: “Kənan, sən kimə təzyiq göstərmisən? Sən bizim dostumuz olmusan, yaxın olmusan”.

Mən buradan bütün lazımi qurumlara səslənirəm. Mənim haqsız yerə universitetdən xaric olmamağım üçün mənə kömək etsinlər.

Çünki ora üçün əziyyət çəkib hazırlaşmışam. İstədiyim fakültədə, istədiyim sənətdə oxuyurdum. Aktyor sənəti Azərbaycanda başqa heç bir universitetdə yoxdur. Mən iki il əziyyət çəkib gəlmişəm və mən orada heç bir, necə deyim, kəsrim, qayıbım olmayıb. Mən oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə bəzi elə sözlər də deyilib ki, onlar da hətta mənim üçün alçaldıcı ifadələrdir. Yəni bir rəhbərlik bunu mənə deməməli idi.

Mənim universitetdə oxuduğum iki semestr boyu nə hər hansı bir töhmətim olub, nə mənim valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı hər zaman hörmətli olmuşam, müəllimlərlə hər zaman xoş davranmışam. Yəni ən azından müəllimlər də bunu deyə bilərlər axı, mən elə olmuşamsa. Mən heç bir zaman pis olmamışam heç birinizə qarşı.

Necə olur ki, amma kimsə mənim o videomu xoşu gəlmədiyi üçün kəsib-birləşdirib, məni hədəf göstərib, mən təhsilimdən olmuşam? Mən əziyyət çəkmişəm orada bir il, əziyyət! Mən hər gün universitetə gəlmişəm, getmişəm, dərslərimə hazırlaşmışam.

Haqsız yerə bu gün öz təhsilimdən yayınmışam, təhsilimdən geri qalıram.

Təhsilimdən geri qalmaq istəsəydim, elə mənim qayıblarım yığılardı, mən getməzdim də o universitetə. Deməli, mən universiteti sevirdim ki, universitetə hər gün səhər durub gedirdim”.

Tags:

#ADMİU#Cəmiyyət#HadiselerInfo#KənanZindadil#Qalmaqal#təhsil#Tələbə

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər

Next

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Next
Sentyabr 17, 2026

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Previous
Sentyabr 17, 2026

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Hava haqqında
Sabah leysan olacaq – Hava ilə bağlı XƏBƏRDARLIQ
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya