Adnan Əhmədzadə ilə bağlı YENİ QƏRAR
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbs müddəti artırılıb.
hadiseler.info xəbər verir ki, onun cari həbs müddəti başa çatdığından Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə vəsatətlə müraciət edib.
Müraciətdə irihəcmli və xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, əlavə sübutların toplanmasının zəruri olduğu vurğulanıb. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edərək A.Əhmədzadənin həbsdə saxlanılma müddətini son həddə kimi – daha 6 ay uzadıb.
Qanunvericiliyə əsasən, xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq zamanı həbsdə saxlanılmanın maksimal müddəti 13 ay olsa da, müstəsna hallarda bu müddət 19 aya qədər artırıla bilər.
Qeyd edək ki, əvvəllər SOCAR-da mühüm vəzifələrdə çalışmış iş adamı Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX tərəfindən saxlanılıb.
No Comment! Be the first one.