ADY Çindəm 4 yeni nəsil lokomotiv alır
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC magistral sərnişin qatarları üçün 4 yeni nəsil lokomotiv əldə edəcək.
hadiseler.info xəbər verir ki, ADY bununla bağlı Çinin “CRRC Ziyang” şirkəti ilə müqavilə imzalayıb və artıq lokomotivlərin istehsalına başlanılıb.
Bundan əlavə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində daha 20 lokomotiv və 50 sərnişin vaqonunun alınması məqsədilə xarici şirkətlərlə danışıqlar aparılır, texniki və kommersiya məsələləri müzakirə olunur.
Qeyd edək ki, hazırda ADY-nin sərnişin qatarı parkında “Stadler” tipli 19 ədəd yeni nəsil sərnişin qatarı fəaliyyət gosterir.
No Comment! Be the first one.