Ağ şəhərdə ağır qəza: Xəsarət alanlar var – FOTO/VİDEO
Bakı şəhərində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, qəza Xətai rayonu ərazisində, Ağ şəhərdə qeydə alınıb.
Məlumata görə, avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.