Ağcabədidə pendir sexinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI — VİDEO
Ağcabədi rayonunda fəaliyyət göstərən pendir sexində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Hacıbədəlli kəndində fərdi sahibkar Ruslan Eldar oğlu Rüstəmova məxsus pendir sexində planlı yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmaması, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq buxar qazanının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim olunub.
No Comment! Be the first one.