Bakıda restoran yandı — VİDEO
Bakının Nəsimi rayonunda yerləşən restoranda yanğın baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik və operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən, ümumi sahəsi 140 kv.m olan restorandakı alovun genişlənərək binaya yayılmasına imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyekti salon hissəsi 60 kv.m sahədə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
No Comment! Be the first one.