Ağdərədə mina partlayışı: Yaralanan var
Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.
Vətəndaş dərhal Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
No Comment! Be the first one.